Daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu "Cəsur döyüşçü” medalı ilə təltif edilib.
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az