"Yeni əməliyyatlarla cavab verəcəyik" - Ərdoğandan XƏBƏRDARLIQ


"Əsgərlərimizin bir damla qanını yerdə qoymadıq və qoymayacağıq. Bu xain hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik”.

Miq.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, basketbol üzrə Avropa Liqasının çempionu "Anadolu Efes” klubunun menecerlərini, texniki komitəsini və idmançılarını qəbul edərkən bildirib.

Dövlət başçısı İraqın şimalında keçirilən "Pəncə-Qıfıl” əməliyyatında şəhid olan beş əsgərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, dünən PKK terrorçuları ilə əməliyyat bölgəsində baş verən qarşıdurmada beş türk əsgəri şəhid olub, iki əsgər isə yaralanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az