Yaşı 65-dən yuxarı şəxslərə xəbərdarlıq - DİN

Yaşı 65-dən yuxarı şəxslərə xəbərdarlıq - DİN
Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 2020-ci il martın 24-də saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib. Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub.

Nazirlikdən Miq.Az-a bildiriblər ki, qeyd olunan göstərişin icra edilməsi məqsədilə təyin edilmiş polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılıb. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib. Həmin şəxslərə Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlunat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Bundan sonra yaşı 65-dən yuxarı şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az