Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI

Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxsin fotosu yayılıb.

Miq.az Publika.az-a istinadən xəbər verir ki, partlayış zamanı dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayevanın cəsədi tapılıb. Onun azyaşlı qızının axtarışları isə davam edir.

Vəfat edən qadının həyat yoldaşı Musayev Vüsal Firuddin oğlu, övladı, 10 yaşlı Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, qohumu Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədova xəstəxanaya yerləşdirilib.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur.

Qeyd edək ki, həlak olan Aytən Musayeva Ağstafa rayonunda doğulub və Gəncə Tibb Kollecinin məzunu olub.


Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az