Xalq Rusiyaya qarşı silahlanır –“Röyter” şok faktları açıqladı

Xalq Rusiyaya qarşı silahlanır –“Röyter”  şok faktları açıqladı

Rusiya və Ukrayna arasında gərginlik günbəgün artdığı vaxt bölgədə diqqətçəkən gəlişmələr baş verir.

Ukrayna ordusunun mülki vətəndaşlara odlu silahdan atıcılıq təlimi verdiyi və onlara ağır silahlardan necə istifadə etməyi öyrətdiyi də fotoşəkillərdə öz əksini tapıb.

Minlərlə dollar ödəyərək silaha sarılmağa başlayan vətəndaşlar vətənlərini qorumağa hazır olduqlarını deyərək, ordudan ilkin təlimlə yanaşı, yaxın döyüş təhsili də aldıqları üzə çıxıb.

image-66https://alp.az/public/storage/2022/01/media-66-qmuosv2rcg47863iehf0-300x168.jpg 300w" sizes="(max-width: 640px) 100vw, 640px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 5px auto;" />

"Röyter” Rusiyanın son günlərdə hücum edəcəyi iddialarının yayılmasının ardından Ukrayna ordusunun bölgədəki könüllü vətəndaşlara silah və hərbi təlim verməyə başladığını yazıb. Agentliyin dərc etdiyi fotolarda növbəyə düzülən ukraynalılar ağır silahları yoxlayır və sınaq atışları həyata keçirir.

Mümkün müharibə durumunda 255 min nəfərlik orduya dəstək verməsi gözlənilən könüllülərin təlimlərə böyük maraq göstərdiyi deyilir. Qeyd edilib ki, tələbələrdən mühəndislərə, bələdiyyə işçilərindən sürücülərə qədər bir çox insan könüllülük proqramına qatılaraq təlimdən keçir.

Lvovda keçirilən təlimdə iştirakçıların əksəriyyətinin gənc olduğu, ilkin hazırlıqla yanaşı, yaxın döyüş təliminin verildiyi də qeyd edilib.

İngiltərənin "Tayms” qəzetinə danışan 52 yaşlı Mariana Jaqlo dünyanın gündəminə düşüb.

Rusiya ilə gərginlik artmağa başlayanda özünə tüfəng alan Jaqlo deyib: "Ölkəmi qorumağa hazıram. Bir ana kimi övladlarıma Ukraynanın problemlərini miras qoymasını istəmirəm. İndi bu problemlə üzləşmək və həll etmək lazımdır”.

Marketinq mütəxəssisi kimi çalışan Jaqlonun "Z-15” tüfəngi üçün təxminən 1000 dollar ödədiyi, həmçinin iki həftəlik snayper təlimi aldığı da deyilib. Mariananın durbin, teleskopik sistem, səsboğucu kimi avadanlıqlara da pul xərclədiyi bildirilib. "Tayms” yazıb ki, Jaqlo dəbilqə, kamuflyaj, gülləkeçirməz jilet və çəkmələrə də təxminən 1000 dollar xərcləyib. Müharibə vəziyyətinə keçən Jaqlonun evində konserv saxladığı da bildirilib.Teleqraf.com






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az