Vilayət Eyvazov generala vəzifə verdi
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
Miq.Az-ın əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Miq.Az