Ukraynada əsgər yoldaşlarını güllələdi: 5 ölü, 5 yaralı
Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemi Ryabçuk AK-47 avtomat silahından xidmət yoldaşlarına atəş açıb.
Miq.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Ukrayna Milli Qvardiyasının hərbçisi, 2001-ci il təvəllüdlü Ryabçuk Artemi Yuryeviç silah təhvili zamanı naməlum səbəbdən "Kalaşnikov” avtomatından atəş açıb. Hadisəni törətdikdən sonra silahla qaçıb. Nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Miq.Az