Türkiyənin Qafqazdakı təşəbbüsünü alqışlayırıq - İran

Türkiyənin Qafqazdakı təşəbbüsünü alqışlayırıq - İran

Şübhəsiz ki, strateji Cənubi Qafqaz regionunda 30 ildir davam edən gərginliyə son qoymaq, sülh və sabitliyin bərqərar olması, inkişaf, ticarət, investisiya və rahat nəqliyyat imkanlarının yaradılması regionun bütün xalqlarının marağındadır.

Miq.Az xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin noyabrında gündəmə gətirdiyi Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İrandan ibarət "3+3” ideyasının müsbət qarşılandığını və bu çərçivədə region ölkələrində təmasların aparıldığını bildirib:

"3+3” formatında təşəbbüs İran İslam Respublikasının xarici siyasətdə izlədiyi əsas prinsiplərə, yəni regionun tərəfdaş ölkələri tərəfindən regional problemlərin həllinə, gərginlik sahələrinin minimuma endirilməsinə əsaslanan güclü strategiyadır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az