Tağı Əhmədovun xanımı danışdı: “O da insandır, dağ deyil, daş deyil”

Tağı Əhmədovun xanımı danışdı: “O da insandır, dağ deyil, daş deyil”
Ayaqları tutulduğu üçün ötən gün xəstəxanaya yerləşdirilən Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovdan xəbər var.

Bu haqda "Yeni Sabah”a onun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. T. Əhmədovun telefonuna etdiyimiz zəngə onun həyat yoldaşı cavab verib. Bildirib ki, keçmiş rəisin səhhətində müsbət irəliləyiş var və müalicə olunduqdan sonra evə buraxılıb:

"Həkimlərimiz sağ olsun, hər cür yardım etdilər.  Hal-hazırda yeriyir”.

S. Əhmədova həyat yoldaşının səhhəti ilə bağlı xəbərin ictimailəşdirilməsinə də etirazını bildirib: "Tağı müəllim xəstədirsə, qoyun xəstəliyini yaşasın. Bunu niyə ictimailəşdirirlər? O da insandır, dağ deyil, daş deyil. Bu Azərbaycan xalqına yaraşan bir şeydirmi? Tağı Əhmədov da insandır, o da xəstələnə bilər. İndi yaxşıdır, şükürlər olsun. İcazə versinlər, insan bir az dincəlsin, özünə gəlsin. O da sıradan bir insandır...”

Xatırladaq ki, ötən gün Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb. Onun ayaqlarrı tutulduğundan Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilmişdi. T.Əhmədovun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az