“Şuşanın Azərbaycan şəhəri olduğu haqda sözlərimi...” - Paşinyan

“Şuşanın Azərbaycan şəhəri olduğu haqda sözlərimi...” - Paşinyan

"Şuşanın Azərbaycan şəhəri olduğu haqda sözlərimi yazılı şəkildə sitat kimi təqdim etsəniz, efirdə sizin suallarınıza cavab verməyə hazıram”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan işğalçı ordunun yaranışı günündə jurnalistin sualına cavabında deyib.

Jurnalistin "Siz Şuşanın Azərbaycan şəhəri olduğunu deyirsiniz, eyni zamanda Şuşada öldürülən erməni hərbçilərinin dəfn olunduğu məzarlığı ziyarət edirsiniz” replikasına cavabında Paşinyan təkrarən jurnalistə xatırladıb ki, dediyi şərti yerinə yetirsin və sualına cavab alsın.

Xatırladaq ki, Paşinyan parlamentdə hökumət saatı müzakirələrində müxalifətin sualına cavabında bəyan etmişdi ki, münaqişədən əvvəl Şuşa şəhərinin əhalisinin 90 faizindən çoxu azərbaycanlı olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az