Şok etiraf: “Ərdoğana məğlub olduq, dostlarımız bizi satdılar”

Şok etiraf: “Ərdoğana məğlub olduq, dostlarımız bizi satdılar”

Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün Türkiyədən yan keçməklə İsraildən Kipr və Avropaya təbii qaz nəqli marşrutunun yaradılması layihəsi üzərində işləyirdi. ABŞ Yunanıstan, Cənubi Kipr və İsrailin yaratdığı konsorsium tərəfindən gündəmə gətirilən "EastMed” layihəsinə verdiyi dəstəyi geri götürüb.

Teleqraf.com xəbər verir ki, yunan mediası bunu Yunanıstanın məğlubiyyəti kimi qiymətləndirib.

Yunan mediasında yer alan xəbərlərdə "Bütün dostlarımız bizi satdı” şərhi ilə Kiryakos Mitsotakis hökuməti tənqid edilib.

Yunanıstanın Şərqi Aralıq dənizində yaşanan yeni gəlişmələrdən şoka düşdüyü, Türkiyənin əks həmlələri ilə Miçotakis hökumətinin planlarının bir-bir fiaskoya uğramağa başladığı deyilib.

Xarici işlər naziri Nikos Dendiasın tənqid oxlarının hədəfi olduğuna diqqət çəkilən xəbərdə qeyd olunub: "Yunanıstan Xarici İşlər Nazirliyinin işıqları gecə-gündüz - 24 saat sönmür. Baş nazir Mitsotakis xarici işlər naziri Nikos Dendiasdan hesabat istəməyə hazırlaşır”.

Yunan mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik addımlar atdığını yazıb:

"Ərdoğanın ağıllı addımları nəticəsində nə ABŞ-ın Afinadakı səfiri Cefri Pyatt, nə də Makronun Fransası daha Miçotakis hökumətini xilas edə bilir...”

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az