Separatçı Araik niyə Ağdərəyə gəlib? - SƏBƏB

Separatçı Araik niyə Ağdərəyə gəlib? - SƏBƏB

Separatçı-terrorçu Araik Azərbaycanın  Ağdərə şəhərinə gəldi - Məskunlaşmadan danışdı...
Görüşdə ərazidəki erməni diviziyasının(!) komandiri Karen Şakaryan da iştirak edib...
Ermənilərin belə gedişləri görüntü üçün olsa da belə, xalqımızın ürəyini bulandırır...

1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən –yanvarın 24-də Xankəndindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib. 

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan  "rayon”un qanunsuz "rəhbərliyi” ilə yığıncaq keçirib.

Məlum qucaqda oturan xunta rəhbəri iclasda müharibədən sonrakı vəziyyətdən, evlərini itirmiş və Azərbaycanın azad etdiyi rayonlardan gəlmiş ermənilərin "rayon" ərazisində yerləşdirilməsindən danışıb.

Məlumatda separatçıların görüşündə Ağdərədə yerləşən erməni(!) diviziyasının(!) komandiri Karen Şakaryanın da iştirak etdiyi bildirilir.

P.S. Ermənilərin belə gedişləri görüntü üçün olsa da belə, xalqımızın ürəyini bulandırır...

Sultan Laçın 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az