Savaşın anonsu verildi: “Bu zəmanət olmasa, rus ordusu hücuma keçəcək”

Savaşın anonsu verildi: “Bu zəmanət olmasa, rus ordusu hücuma keçəcək”

Rus qoşunlarının Ukrayna sərhədində toplanması Avropa Birliyi və ABŞ-ın reaksiyasına səbəb olsa da, mövzu ilə bağlı ən aydın şərh Kremlə yaxınlığı ilə tanınan siyasi ekspert, "Putinin müşaviri” adlandırılan Fyodor Lukyanovdan gəlib.

Miq.Az xəbər verir ki, Lukyanov Ukraynanın heç vaxt alyansa qoşulmasına icazənin verilməyəcəyinə dair NATO qəti zəmanət verməsə, Rusiyanın Ukraynaya hücum edəcəyini bildirib.

Lukyanovun sözləri Rusiyanın Ukrayna sərhədində niyə qoşun və texnika yığdığını izah edən ən aydın sözdür.

Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının idarə heyətinin sədri Lukyanov məqaləsində Moskvanın NATO-dan şifahi təminatdan daha çox şey istəyəcəyini açıqlayıb: "Son hadisələr göstərdi ki, köhnə təhlükəsizlik prinsipləri artıq işləmir”.

Lukyanov NATO-nun şərqə doğru genişlənməsinin yeni münaqişəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq da edib: "Rusiya sistemi dəyişməli və yeni qırmızı xətlər çəkməli olacaq”.

Moskvanın təxribata məruz qaldığını iddia edən ekspert əlavə edib ki, 2008-ci ildə Rusiya və Gürcüstan arasında müharibəyə səbəb olan qumar Ukraynada yenidən təkrarlana bilər.

Rusiya Prezidenti Vladimir Putin isə hərbi qüvvələrin sərhəd yaxınlığındakı fəallığının mümkün hücumlara qarşı çəkindirici tədbir kimi qiymətləndirib.

ABŞ Dəniz Piyadaları Korpusunun briqada generalı Saymon Doran "The Telegraph”a deyib ki, NATO Rusiyanın mümkün işğalına qarşı hazırdır: "Biz qlobal miqyasda baş verə biləcək istənilən təcavüzlə mübarizəyə tamamilə hazırıq”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az