Şahnazaryan Qarabağ danışıqlarının ƏSAS DETALINI AÇDI: “İlk gündən ərazilərin qaytarılması...”

Şahnazaryan Qarabağ danışıqlarının ƏSAS DETALINI AÇDI: “İlk gündən ərazilərin qaytarılması...”

"Ərazilərin qaytarılması Qarabağ üzrə danışıqların ilk günündən müzakirə edilir. Başqa cür olsaydı, Azərbaycan danışıqlar masasına oturmazdı”.

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Bakı Cenevrədə və Bratislavada keçirilən danışıqların nəticələrindən razıdır.

"Ermənistan bu gün təcrid edilib. Bir tərəfdə Azərbaycan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə İrəvan var. Bütün bunlara görə Nikol Paşinyan yox, dövlət olaraq günahkar olacağıq. Diplomatiyada sözlə sənəd eyni çəkiyə malikdir, sərçə deyil ki, uçanda tutasan”, - bildirib.

Şahnazaryan Paşinyan hakimiyyətini Qarabağda məqsədyönlü şəkildə parçalanma yaratmaqda ittiham edib: "Qarabağda 2018-ci ilin aprelində yaranmış vəziyyəti yenidən təkrarlamaq planı hazırlanır. Bu, Paşinyanın ən əhəmiyyətli siyasətindən biridir. Əgər Qarabağda "prezident” Paşinyana itaət edən biri olsa, bu, ciddi təhlükələrə səbəb olacaq. Qarabağın danışıqlarda iştirakı məsələsi sıradan çıxacaq, erməni və azərbaycanlı icmalar arasında əlaqələrin qurulması prosesi başlanacaq”./Publika.az/

Asif


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az