Sadıqovla bağlı son xəbər: həyati təhlükəsi var

Sadıqovla bağlı son xəbər: həyati təhlükəsi var

Müdafiə Nazirliyinin Baş qərargah rəisi olmuş Nəcməddin Sadıqov Rusiyadadır.

Miq.Az xəbər verir ki, bu haqda "Hürriyyət” qəzeti məlumat yayıb.

Bildirilir ki, qəzetin etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş Qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Bu səbəbdən də onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.

Məlumata görə, hazırda da xəstəxanada olan N.Sadıqovun səhhətində yaranmış problem onun üçün həyati əhəmiyyət daşıyır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az