Ruslar təşvişdə: Ukraynalılar bu ərazini mühasirəyə aldı

Ruslar təşvişdə: Ukraynalılar bu ərazini mühasirəyə aldı
Ukrayna Silahlı Qüvvələrinin Antonovski və Kaxovka körpülərinə hücumlarına görə rus işğalçılar Xersondan ailələrini kütləvi şəkildə çıxarmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının sədri Yaroslav Yanuşeviç Teleqram hesabında məlumat verib.

"Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda Antonovski və Kaxovka körpülərinə endirdiyi zərbələr nəticəsində ruslar təşvişə düşüb. Dünən ukraynalı hərbçilər Antonovski körpüsünü hər iki tərəfdən mühasirəyə alıb”, - o bildirib.

Yanuşeviç qeyd edib ki, ruslar rayonun ələ keçirdikləri təhsil ocaqlarında dərs ilinin başlanması üçün hazırlıq işləri apardıqlarıyla bağlı mənzərə yaratmağa çalışır:

"Onlar terror taktikasından rüşvətə keçiblər. Övladlarını ələ keçirilən ərazilərdəki məktəblərə göndərməyə razı olan valideynlərə ayda 4 min qrivna ödəmək təklif olunur”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az