Rusiya Laçında yol çəkir: kimə, niyə, nə üçün?

Rusiya Laçında yol çəkir: kimə, niyə, nə üçün?

Əsla düşünməyin ki, Rusiyanın güzəştə getməsindən bir dəfə istifadə edəndən sonra bundan daima faydalana biləcəksiniz. Ruslar həmişə əldən verdiklərini geri qaytarırlar. Və onlar gələndə imzaladığınız anlaşmalara güvənməyin. Həmin anlaşmalar yazıldıqları kağıza belə, dəyməz.

Otto fon Bismark əsrlər əvvəl belə demişdi və tarix göstərir ki, onun sözləri aktuallığını itirməyib.

...Azərbaycanda, Laçın rayonunda Laçın dəhlizinə alternativ olacaq yolun tərkib hissəsi olan körpünün inşasına başlanıb. Körpü Həkəri çayı üzərindədir.

Miq.Az Milli.az-a istinadən xəbər verir ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, Laçın rayonunun və eyniadlı şəhərin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçməsinə 1 il 10 ay qalıb.

Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan məkana gedən "dəhliz"ə alternativ yol çəkilməsi, Murovdağda tunel çəkmək istəyi təbii ki, sülhməramlı fəaliyyət çərçivələrindən kənara çıxan məqamlardır.

Rusiyalı sülhməramlılar özlərini az qala yerli məkanın sahibləri, siyasi arbitrlər kimi aparır və ən başlıcası, yerli ermənilərə istisnasız olaraq bütün sahələrdə tam dəstək verərək onlarda bir sıra illüziyaların yaranmasına səbəb olurlar.

Bütün bunlarla yanaşı, Xankəndində, Əsgəranda, Ağdərədə, Xocalıda ermənilərin yeni mövqelər qurub inşa etmələrinə, iriçaplı atıcı silahlar və zirehli texnika, hətta tanklarla "təlim"lər keçməsinə məhz rusiyalı sülhməramlılar rəvac verirlər.

Yaşananlar üçtərəfli bəyanatın şərtlərinin çox kobud şəkildə pozulması, Azərbaycan vətəndaşlarının həyatları və təhlükəsizliyi üçün real təhdidlərin formalaşmasıdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az