Rusiya geri çəkildi: “Ukraynanı işğal etmək planımız yoxdur”

Rusiya geri çəkildi: “Ukraynanı işğal etmək planımız yoxdur”

"Rusiyanın Ukraynaya hücum planı yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu İsveçrənin Cenevrə şəhərində keçirilən ABŞ-Rusiya görüşündən sonra Rusiya xarici işlər nazirinin müavini Ryabkov deyib.

Ryabkov Rusiyanın Ukraynaya hücum etmək fikrində olmadığını və bununla bağlı mövqelərini ABŞ tərəfinə çatdırdıqlarını bildirib:

"Həmkarlarımıza izah etdik ki, Ukraynaya hücum etmək fikrimiz yoxdur və ola da bilməz, hərbi döyüş və təhlükəsizlik tədbirlərini öz torpaqlarımızda görmüşük. Bu baxımdan gərginliyi artıracaq qorxu ssenarilərinə ehtiyacın olmadığını dedik. Biz bu hərbi təlimləri öz torpaqlarımızda keçirmişik və bundan sonra da belə edəcəyik”.

Ryabkov əlavə edib: "NATO öz təhlükəsizliyini, biz də öz təhlükəsizliyimizi düşünürük. Biz lazım olduğunu düşündüyümüz şeyi edirik”.

Jurnalistlərin Ukrayna məsələsinin alver predmeti olub-olmaması ilə bağlı sualına Ryabkov belə cavab verib: "Bizim Ukraynanı işğal etmək niyyətimiz yoxdur və ona görə də danışıqlar aparacaq heç nə yoxdur”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az