Ramiz Mehdiyevin Göyçaydakı villasını satışa çıxardığı deyilir

Ramiz Mehdiyevin Göyçaydakı villasını satışa çıxardığı deyilir

Bələdiyyə sədri: "Biz o ərazinin yaxınına gedə bilmərik”

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev sahibi olduğu deyilən villalardan birini satışa çıxarıb. Bu barədə Meydan TV-yə Göyçaydakı mənbələrdən xəbər daxil olub.

Ramiz Mehdiyevin satmaq istədiyi mülk Göyçay rayonunun Hüngütlü kəndində yerləşir. Ərazı peykdən bu cür görünür.

https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-400x270.png 400w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-768x519.png 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57.png 1500w" data-src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-1200x811.png" data-sizes="(max-width: 1200px) 100vw, 1200px" class="wp-image-243946 lazyloaded" src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-1200x811.png" sizes="(max-width: 1200px) 100vw, 1200px" srcset="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-1200x811.png 1200w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-400x270.png 400w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57-768x519.png 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/screenshot-2022-04-29-at-16.43.57.png 1500w" style="letter-spacing: 0px; box-sizing: inherit; height: auto; max-width: 100%; opacity: 1; transition: opacity 400ms ease 0ms; vertical-align: bottom; border-radius: inherit;" />

Ramiz Mehdiyevin satmaq istədiyi mülkün peyk görüntüsü

Mənbənin dediyinə görə, əslində villa iki il öncə satışa çıxarılmışdı. Həmin vaxt ona 2 milyon 300 min manat qiymət qoyulmuşdu. Amma o zaman heç kim o pulu vermək istəməmişdi. İndi isə həmin villa 1 milyon 800 min manata təklif edilir.

Meydanın müxbiri Hüngütlü kəndində də olub, villanın vəziyyəti ilə maraqlanıb. Təxminən 10 hektar ərazidə yerləşən villanın 4 iri qapısı var. Bütün qapılar bağlıdır. Villanın yerləşdiyi ərazinin divarları bir neçə metr hündürlükdə mişar daşıyla tikilib. Sirli, mübhəm bir qalanı xatırladır. Əvvəllər divar başdan –başa üzlənibmiş.

https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45.jpg 1000w" data-src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-821x821.jpg" data-sizes="(max-width: 821px) 100vw, 821px" class="wp-image-243930 lazyloaded" src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-821x821.jpg" sizes="(max-width: 821px) 100vw, 821px" srcset="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-821x821.jpg 821w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-45.jpg 1000w" style="box-sizing: inherit; height: auto; max-width: 100%; opacity: 1; transition: opacity 400ms ease 0ms; vertical-align: bottom; border-radius: inherit;" />
Göyçay rayonunun Hüngütlü kəndində Ramiz Mehdiyevin mülkü

"Bir neçə aydır ki, divarın bəzi yerlərində üzlüklər qopub düşür. Ya da oğurlanır. Burada əvvəllər müşahidə kameraları olub və işləyirdi. Amma indi o kameralar fəaliyyətsizdir. Gözətçi? O boyda villanın gözətçisinə ayda 130-150 manat pul verirdilər. Kimdi onu indi qarovul çəkən?", – bunu Meydan TV əməkdaşına adını açıqlamaq istəməyən kənd sakini deyir.

Onun dediyinə görə, villanın yerləşdiyi əraziyə elektrik verilişi də dayandırılıb:

"Bu transformatoru görürsüz? Eləcə, adı və özü var. İşləmir. Qapılarını isə deyilənə görə kürəkəni bağlayıb gedib”.

https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46.jpg 1000w" data-src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-821x821.jpg" data-sizes="(max-width: 821px) 100vw, 821px" class="wp-image-243933 lazyloaded" src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-821x821.jpg" sizes="(max-width: 821px) 100vw, 821px" srcset="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-821x821.jpg 821w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-46.jpg 1000w" style="box-sizing: inherit; height: auto; max-width: 100%; opacity: 1; transition: opacity 400ms ease 0ms; vertical-align: bottom; border-radius: inherit;" />
Göyçay rayonunun Hüngütlü kəndində Ramiz Mehdiyevin mülkü

Bir az əvvəl xəbər yayılıb ki, Hüngütlüdəki bu villanı və torpaq sahəsini də satmaq üçün Mehdiyevin kürəkəni İlham Əliyev Göyçaya gəlib. Onu 1 milyon 800 min manat təklifinə reaksiya verən olmayıb. Villa satılmayıb.

Hüngütlü özünün təbii gözəlliyi ilə seçilən kənd deyil. Adi Aran kəndidir və düzən ərazidə yerləşir. Buranın camaatı əsasən meyvə və tərəvəzçilik, əkinçilik, qismən də heyvandarlıqla məşğuldur.

Problem yaranacağından qorxub adının çəkilməsini istəməyən kənd sakini deyir ki, 2014-cü ildə villa burada tikiləndə çoxu heyrətlənmişdi. Axı niyə Hüngütlüdə? Sonradan məlum olmuşdu ki, villa o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun PA rəhbərinə hədiyyəsidir.

https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48.jpg 1000w" data-src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-821x821.jpg" data-sizes="(max-width: 821px) 100vw, 821px" class="wp-image-243936 lazyloaded" src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-821x821.jpg" sizes="(max-width: 821px) 100vw, 821px" srcset="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-821x821.jpg 821w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-48.jpg 1000w" style="box-sizing: inherit; height: auto; max-width: 100%; opacity: 1; transition: opacity 400ms ease 0ms; vertical-align: bottom; border-radius: inherit;" />
Göyçay rayonunun Hüngütlü kəndində Ramiz Mehdiyevin mülkü

Sakinin dediyinə görə, Mehdiyev indiyədək burada olmayıb. Amma pandemiya vaxtı Azərbaycan mətbuatı guya Mehdiyevin təcrid olunaraq bu villaya qapılması barədə xəbərlər yaymışdılar.

Digər kənd sakinləri bu faktı nə təkzib, nə də təsdiq etdilər.

Onlardan heç biri villanın , daha doğrusu, hasarlanmış ərazidə nələrin olduğunu bilmir. Amma ərazidə qayığa bağlı tikilinin olduğu deyilir. Bunu peykdən çəkilmiş şəkildən də görmək mümkündür. Bir də ərazidə yüzlərlə dekorativ və meyvə ağaclarının olduğu məlumdur.

https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49.jpg 1000w" data-src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-821x821.jpg" data-sizes="(max-width: 821px) 100vw, 821px" class="wp-image-243939 lazyloaded" src="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-821x821.jpg" sizes="(max-width: 821px) 100vw, 821px" srcset="https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-821x821.jpg 821w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-274x274.jpg 274w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49-768x768.jpg 768w, https://d9mc3ts4czbpr.cloudfront.net/wp-content/uploads/photo-2022-04-28-13-06-49.jpg 1000w" style="box-sizing: inherit; height: auto; max-width: 100%; opacity: 1; transition: opacity 400ms ease 0ms; vertical-align: bottom; border-radius: inherit;" />
Göyçay rayonunun Hüngütlü kəndində Ramiz Mehdiyevin mülkü

Ev alqı-satqısı haqda məlumatlı mənbənin sözlərinə görə, rayonun Yeniarx kəndində Mehdiyevin kürəkəninə məxsus hektarla nar bağ olub. Həmin bac isə azərbaycanlı milyonçu, "Aznar”ın sahibi Fərhad Əhmədova satılıb. Elə adıgedən villa da Əhmədova təklif edilib. Amma onun Göyçayın Yekəxana kəndində, eyni adlı gölün yaxınlığında villası olduğundan bu təkliflə razılaşmayıb.

Göyçay rayon Potu bələdiyyəsinin sədri (Hüngütlü kəndi bu bələdiyyənin tabeliyindədir) Zamiq İbrahimov Meydan TV-yə açıqlamasında bildirib ki, həmin villanın yerləşdiyi ərazi əvvəllər Hüngütlü kənd sakinlərinin pay torpaqları olub. Sonradan isə həmin torpaqları sabiq nəqliyyat nazirinin adamlarına satıblar:

"Düzdür, orada heç kim yaşamır. Amma mən deyə bilmərəm o villa və ya bağ satılır, ya yox. Belə söhbət gəzir. Həm də biz o ərazinin yaxınına gedə bilmirik e”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az