Qubada avtomobil dərəyə yuvarlandı: ölənlər var

Qubada avtomobil dərəyə yuvarlandı: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Qrızdəhnə kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

FHN-dən  bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili təqribən 60 metr hündürlükdən dərəyə yuvarlanıb, avtomobilə yaxın ərazidə 2 nəfərin meyiti aşkar edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki şəxsin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilə baxış zamanı orada heç kimin olmadığı müəyyən olunub.

Axtarış işlərini davam etdirmək zərurəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hal-hazırda Qudyalçay çayında və çayətrafı ərazidə axtarış işləri aparılır.

Əlavə məlumat veriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az