Qalçyandan sensasiya: Moskvada bu sənədlər imzalanacaq

Qalçyandan sensasiya: Moskvada bu sənədlər imzalanacaq

Nikol Paşinyanın yaxın ətrafından onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə gizli məlumatlarımız var. Biz bilirik ki, noyabrın 9-da Moskvada tərəflər hansı sənədləri imzalayacaqlar.

Miq.Az xəbər verir ki, bu sensasion bəyanatla "İcmal” verlişinin efirində Ukraynanın Milli Elmlər Akademiyasının fəxri doktoru, erməni xəritəşünas Ruben Qalçyan çıxış edib.

Onun sözlərinə görə, iki sənəd imzalanacaq və bu sənədlər, demək olar ki, yekun sənədlərdir:

"Son anda fors-major vəziyyət yaranmasa, bütün sənədləri Nikol Paşinyan və İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalayacaqlar. Birinci sənəddə Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin demarkasiyası haqqında danışılır - 1920-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının xəritələrinə əsasən İrəvan və Bakı bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır.

İkinci sənəd regionda kommunikasiyaların, xüsusilə yolların, dəhlizlərin, o cümlədən Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı detallara aiddir”.

Erməni alimin fikrincə, Azərbaycan tərəfinə anklavların qaytarılacağı təqdirdə, İrəvan məcburən üç strateji əhəmiyyətli yola nəzarəti itirmiş olacaq:

"Bu isə 44 kilometr ərazinin Bakının nəzarəti altına keçməsi deməkdir”.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az