Putin Ankaraya gəlir - Ərdoğanın təklifi qəbul olundu

Putin Ankaraya gəlir - Ərdoğanın təklifi qəbul olundu

Rusiya Preziddenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna mövzusunda təşəbbüsünü qəbul edib.

Miq.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident Ərdoğan Ukrayna böhranını yoluna qoymaq üçün Rusiya və Ukrayna prezidentlərinə Türkiyədə görüşməyi təklif etmişdi.

Kremldən verilən açıqlamada Putinin Ərdoğanın dəvətini qəbul etdiyi və Türkiyəyə gələcəyi bildirilib. Dəqiq tarix bildirilməsə də, planlaşdırmanın koronavirus epidemiyası və təqvimə uyğun aparılacağı qeyd olunub.

Prezident Ərdoğan dünənki açıqlamasında Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə dəvət etdiklərini bildirərək deyib ki, onunla ikitərəfli görüş keçirib bəzi addımlar atmaq istədiklərini vurğulamışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az