“Puşkin deyirdi ki, ermənilər çox zaman uğurlarını qadınları vasitəsilə qazanırlar...”

“Puşkin deyirdi ki, ermənilər çox zaman uğurlarını qadınları vasitəsilə qazanırlar...”

"Düşünürəm ki, ermənilərin bu addımı daha çox təbliğat xarakteri daşıyır. Onlar bununla Azərbaycana müəyyən psixoloji təsirlər göstərmək istəyirlər. Ermənistan ordusunda qadınların orduya cəlb edilməsi 44 günlük Vətən müharibəsindən sonra müzakirə olunur. Bunu da könüllülük əsasında həyata keçirməyi planlaşdırdıqlarını bildirirlər. Evli olmayan, doğrudan da işsiz olan və hərbi xidmətə muzdlu kimi qatılmaq istəyən qadınlar Ermənistan cəmiyyətində kifayət qədərdir. Ümumiyyətlə, Ermənistanda işsizlik baş alıb gedir”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Ermənistanın qadınları orduya cəlb etməsini vətənpərvərlik nümunəsi kimi cəmiyyətə sırıması absurddur:  
 
"Bunun isə guya vətənpərvərlik nümunəsi, qadınların da döyüşə atılması istəyi kimi təqdim edilməsi tamamilə yersizdir. Çünki işsiz-gücsüz və müəyyən mənada maddi yardıma ehtiyacı olan qadınlar hərbi xidmətə çağırılıblar. Əgər onlar hərbi xidmətə çağırılıblarsa, dərhal postlara göndərilə bilməzlər, onlar təlim keçməlidirlər, silahla davranmağın qaydalarını öyrənməlidirlər. Xüsusən sosial şəbəkələrdə yayılan görüntülər sırf reklam xarakteri daşıyırdı və Ermənistanda  qadınların guya hərbi xidmətə çağırılması və döyüş postlarında yerləşdirilməsi fikrini tamamilə alt-üst edir. Üstəlik də uzağı sayı 2 milyon nəfər olan Ermənistan cəmiyyətində sərhəd xidmətini həyata keçirmək üçün kifayət qədər qadınlar tapmaq olmaz. Kişilər yoxdursa, qadınlar da onlardan daha az ola bilər. 
 
Üstəlik, bizim orduda da qadınlarımız müəyyən sahələrdə xidmət göstərirlər. Orduda poçt xidməti, rabitə xidmətinin müəyyən sahələrində bizim qadınlarımız da könüllü şəkildə uğurla işləyirlər. Amma ön cəbhədə qadınların xidmət etməsi məsələsi Azərbaycan üçün qürur məsələsidir və bu addımı heç vaxt atmayacaq. Ermənilər isə qadınlarını qabağa verməyə adət ediblər, hətta bu parədə Puşkin deyirdi ki, "ermənilər çox zaman uğurlarını qadınları vasitəsilə qazanırlar”.  
 
Vasif Əlihüseyn


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az