Prezident 36 yaşlı hüquqşünası nazir müavini təyin etdi

Prezident 36 yaşlı hüquqşünası nazir müavini təyin etdi


İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub.

Miq.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az