PKK Türkiyə ordusuna atəş açdı - Ölən və yaralananlar var

PKK Türkiyə ordusuna atəş açdı - Ölən və yaralananlar var

PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata əsasən, hadisə nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.

Cavab atəşi nəticəsində, ilkin məlumata görə, altı terrorçu zərərsizləşdirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az