Paşinyanın Şuşa haqda həqiqəti deməsi İrəvanı silkələyir

Paşinyanın Şuşa haqda həqiqəti deməsi İrəvanı silkələyir

Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşa haqda səsləndirdiyi fikirlər Ermənistanda hələ də müzakirə olunur.

Axar.az xəbər verir ki, bu gün media Ermənistan parlamentinin spikeri Ararat Mirzoyana bu yöndən sual verib.

Əvvəlcə, onun "türk agenti” olması barədə sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyanın səsləndirdiyi iddialara münasibət bildirməsini istəyiblər. "Bu barədə artıq danışmışam” deyə, Mirzoyan jurnalistlərin sualını əvvəlki təkzibi ilə cavablandırıb.

"Baş nazirin Şuşanın erməni şəhəri olması "faktını” (fərqləndirmə bizimdir – red.) ciddi şübhə altına qoyan açıqlamasından utanırsınızmı” sualına isə erməni spiker cavab verməyib.

Qeyd edək ki, Nikol Paşinyan parlamentdə deputatlara "Siz həmişə əhalisinin 90 faizindən çoxu azərbaycanlılar olan Şuşanı erməni şəhərimi sayırsınız” deyə ritorik sual ünvanlamaqla, əslində Şuşanın tarixi Azərbaycan şəhəri olduğunu etiraf etmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az