Ordumuzun son sutkada cavab zərbəsi: ruslar “araya” girdi...

Ordumuzun son sutkada cavab zərbəsi: ruslar “araya” girdi...

Ötən gün Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat və nəticədə bir əsgərimizin şəhid olmasına cavab olaraq Ordumuz sərt tədbirlərə əl atıb.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində 2 erməni əsgərin məhv edildiyini, iki əsgərin isə yaralandığını təsdiqləyib.

Ötən gün Oxu.az öz mənbələrinə istinadla Kəlbəcər istiqamətində Ermənistanın 8 əsgərinin məhv edildiyini, iki hərbi postunun isə darmadağın edildiyi haqda qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumatı da paylaşmışdı.

11 yanvar saat 20:00 radələrində sərhəddə sabitlik yaransa da, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan saat 23:20-dən bu gün səhər 05:10-a qədər qədər müxtəlif iriçaplı silahlardan Kəlbəcər və Qazax istiqamətində təxribatları davam etdirib.

Ordumuz bu təxribatları da cavabsız qoymayıb. Bu gün Ermənistan MN daha bir əsgərinin məhv edildiyini elan edib.

Erməni mediasının iddiasına görə, səhər saatlarında sərhəddə sabitlik yalnız rus sülhməramlılarının müraciətindən sonra mümkün olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az