“Orada Ermənistanla sərhədə aid 1 sm-də 10 m dəqiqliklə xəritələr var”– ANONİM EKSPERT

“Orada Ermənistanla sərhədə aid 1 sm-də 10 m dəqiqliklə xəritələr var”– ANONİM EKSPERT

"Sərhəd tezliklə delimitasiya olunmasa, Azərbaycan öz mülahizəsinə uyğun olaraq öz xəttini çəkəcək...”
 
"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının SSRİ Baş Qərargahının xəritələri əsasında aparılması məntiqli olardı. Çünki onlar genişmiqyaslıdır”. 
 
Moderator.az xəbər verir ki, bu fikri anonimlik şərti ilə Rusiya mediasına açıqlamasında  uzun illər Azərbaycanın güc strukturlarının birində kartoqraf işləmiş, kartoqrafiya sahəsi üzrə ekspert söyləyib.
 
"Ümumiyyətlə, xüsusən də sovet dövründə hərbi xəritələr irimiqyaslı idi. Onlar yalnız respublikaların ümumi xəritələri deyildi, həm də miqyası 1 sm-də 10 metrə qədər olan yerli ərazilər üzrə topoqrafik xəritələri də ehtiva edirdi” –deyə mütəxəssis  bildirib.
 
Adını açıqlamayan ekspertin sözlərinə görə, iş prosesində bu xəritələri SSRİ Nazirlər Sovetinin təsdiq etdiyi respublikaların inzibati xəritələri ilə də müqayisə etmək olar. Onun fikrincə, delimitasiya zamanı istər Baş Qərargahın, istərsə də hökumət sənədləri əsasında SSRİ dövrünün ən son xəritələri ilə xronoloji ardıcıllıqla getmək məntiqlidir.
 
"Lakin 1980-ci illərin sonuna qədər Azərbaycanla Ermənistan arasında bəzi otlaqların və ya əkin sahələrinin bir-birinə verilməsi halları olub və bəlkə də bu halların hamısı xəritələrdə öz əksini tapmayıb. İstənilən halda, qarşılıqlı xoş niyyət olmadan bu məsələləri həll etmək çətin olacaq və məsələnin həll olmaması həmişə silahlı toqquşma təhlükəsi yaradacaq. Hesab edirəm ki, burada məsələ texniki çətinliklər deyil, siyasi iradədir. Bu mənada əsas maneə Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımaq istəməməsidir. Çünki bu halda Ermənistan keçmiş Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq. Sərhəd tezliklə delimitasiya olunmasa, Azərbaycan öz mülahizəsinə uyğun olaraq öz xəttini çəkəcək. Əgər üç ölkə liderinin Soçi görüşündən sonra bu məsələ yenidən dalana dirənirsə, bu cür  perspektiv olduqca mümkündür” - ekspert  belə hesab edir.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az