“Nüvə dövləti liderinin belə bəyanatlar verməsi məsuliyyətsizlikdir” - Ağ Ev

“Nüvə dövləti liderinin belə bəyanatlar verməsi məsuliyyətsizlikdir” - Ağ Ev

"Birləşmiş Ştatlar Rusiya prezidentinin nüvə silahı ilə bağlı dediklərinə ciddi yanaşır, lakin hələlik strateji çəkindirmə qüvvələrinin hazırlığının artırılmasına ehtiyac görmür”.

Azpost.info xəbər verir ki, Ağ Ev Rusiya prezidenti Vladimir Putinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün istənilən vasitədən istifadə etməyə hazır olması barədə sözlərini şərh edib.

"Biz bu cür bəyanatları həmişə ciddi qəbul edirik. Nüvə dövlətinin liderinin belə bəyanatlar verməsi məsuliyyətsizlikdir”, – Ağ Evin rəsmisi Con Kirbi ABC telekanalına bildirib.

"Vaşinqton vəziyyəti izləyir. Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə bunun ciddi nəticələri olacaq”, – Kirbi qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az