Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şok

Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şok

Bir il əvvəl Ermənistanı İkinci Qarabağ müharibəsində darmadağından, Paşinyanın özünü isə linçdən xilas edən Rusiya oldu. Məhz Rusiya - nə ABŞ, nə Fransa, nə də Avropa Birliyi. Qərbli "dostları”, əslində isə sahibləri onu parçalanmağa tərk edəndə Paşinyan Kremlin ayaqlarına qapanaraq yardım yalvarırdı.

Miq.Az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

"Məhz Kremlin razılığı ilə Paşinyan Ermənistan hökumətinin başında qala bildi. Paşinyan özünü yenidən "Qüdrətli Nikol” hiss edəndə fikirləşdi ki, o, Moskvanı tərk edə bilər, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə əldə olunan sülh razılaşmalarını yerinə yetirməyə, öz adi işğalına qayıdıb qərbli ağalarının tapşırıqlarını icra edə bilər”, - Arkov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiya, Azərbaycan və Türkiyə təkcə regionda deyil, ümumilikdə Avrasiyanın bu hissəsində öz nüfuz və təsirlərini gücləndirib:

"Ötən ilin payızında isə həm ABŞ, həm də Avropa İttifaqı müxtəlif səbəblərdən Qarabağ münaqişəsi tərəflərinin real barışığında iştirakdan imtina etmiş, nəticədə əvvəlki mövqelərini itirmişdilər. İndiki tapşırıq Qərbi geri qaytarmaqdır. Bu, Vaşinqton, Paris və Brüssel tərəfindən bu gün müşahidə edilən bütün təşəbbüslərin əsas məqsədidir. Onlar İrəvanın taleyi üçün qətiyyən narahat deyillər. Nikol Paşinyan dövründə Ermənistan regionda gərginliyi saxlamaqla Qərbin Rusiya, Azərbaycan və Türkiyəyə təzyiq rıçaqı olaraq qalır”.

Arkovun qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yeni üçtərəfli danışıqlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tamamlayan və genişləndirən sənədlərin imzalanmasını nəzərdə tutur:

"Brüssel görüşü elan ediləndən sonra nəhayət bəlli olur ki, Nikol Paşinyan müxtəlif bəhanələrlə Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyevlə görüşünü təkcə sənədlərlə bağlı fikir ayrılığına görə təxirə salmayıb, hətta onun qarşısına Moskvanın rolunu neytrallaşdırmaq üçün bu sammiti pozmaq, kollektiv Qərbin roluna önəm vermək vəzifəsi qoyulub”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az