NATO Qarabağ savaşından sonra hərəkətə keçdi – ŞOK QƏRAR

NATO Qarabağ savaşından sonra hərəkətə keçdi – ŞOK QƏRAR

NATO-ya bağlı Müştərək Hava Qüvvələri Mərkəzi (JAPCC) tərəfindən hazırlanan "Pilotsuz Uçan Aparatlara qarşı Hərtərəfli Yanaşma” adlı hesabatda Türkiyənin "Bayraktar TB2” dronlarından da bəhs olunub.

Miq.Az xəbər verir ki, hesabatda kiçik pilotsuz təyyarələrin terror təşkilatları tərəfindən istismara verildiyi bildirilib.

Sənəddə İŞİD və PKK kimi terror təşkilatlarının Türkiyəyə qarşı kiçik çaplı dronlarından istifadə etmək istədiklərini, ancaq Türk Silahlı Qüvvələrinin bunları sıradan çıxardığı bildirilib.

Hesabatda Rusiyanın Suriyadakı Xmeymim hava bazasına pilotsuz təyyarələrin hücumları da müzakirə edilib. Moskvanın bu kimi hücumlara qarşı ”Pantsir” sistemləri hazırladığı bildirilib.

"Pantsir” batareyaları ilə əlaqədar qiymətləndirmənin davamında "Bayraktar TB2”lərdən bəhs olunub. NATO-nun hesabatında taktiki "Bayraktar TB2”lərin ilk dəfə Türkiyə ordusu tərəfindən İdlibdə "Fərat Qalxanı” əməliyyatında istifadə edildiyi diqqətə çatdırılıb. Türk dronlarının çox sayda hədəfi vurduğu – quru qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tanklar, hava müdafiə sistemləri, haubitsalar və hərbi bazalar da daxil olmaqla çox sayda hərbi hədəfi məhv etdiyi vurğulanıb.

Suriyadakı aktiv "Pantsir” sistemlərinin bu cür dronlar üçün ciddi təhlükə yaratdığını və dərhal vurulmalı bir hədəf olduğunun vurğulandığı hesabatda İdlibdəki Rusiya sistemlərinin buna nail ola bilmədiyi də diqqətə çatdırılıb: "Aktiv "Pantsir S-1” sistemi PUA-lar üçün böyük təhlükə idi və dərhal məhv edilməliydi. Amma "Pantsir S-1” aktiv olsan da, "Bayraktar TB2”dən atılan kiçik və ağıllı sursatı aşkar edə bilmədi”.

Hesabatda "Bayraktar TB2”-nin düşmən sıralarında həm fiziki, həm də psixoloji cəhətdən dağıdıcı bir təsirə malik olduğu bildirilib: "NATO düşmən sistemlərini təsirsiz hala gətirmək üçün taktiki dronlardan istifadə etməyi düşünə bilər. Bu çərçivədə ilk dəfə türk PUA-ları NATO-ya inteqrasiya olundu”.

"TB2”-lərin oyun dəyişdirici roluna bu yaxınlarda "Bayraktar” şirkətinin rəhbəri Haluk Bayraktar da diqqət çəkib: "Bunu ən son Qarabağ zəfərində gördük. PUA-lar bu baxımdan oyun dəyişdirən sistemlərdir. "Bayraktar TB2”ni bir saat belə dayandıra bilmədilər. "Bayraktar TB2” həmişə havadadır”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az