NATO ilə Rusiya arasında qarşıdurma olacaq, çünki... - Suslov
Rusiya ilə NATO arasındakı qarşılıqlı əlaqə Moskva ilə Vaşinqton arasındakı münasibətlərdən daha da ziddiyyətli olacaq, çünki Rusiya ilə ittifaqın iş birliyi üçün heç bir sahə yoxdur.
Axar.az xəbər verir ki, bunu "Valday” klubunun eksperti Dmitri Suslov deyib.
"Düşünürəm ki, NATO-Rusiya münasibətləri Rusiya-ABŞ münasibətlərindən daha da ziddiyyətli və mənfi olacaq. Rusiya-ABŞ qarşılıqlı münasibətlərində müsbət gündəlik və əməkdaşlıq elementləri var - silahlara nəzarət, Arktika, iqlim və digər sahələr. Rusiya da bu mövzularda ABŞ-la iş birliyinə hazır olduğunu təsdiqləyir. Ancaq NATO ilə müsbət gündəm yoxdur və yalnız qarşıdurmalar üstünlük təşkil edir", - Suslov qeyd edib.