"Müharibəyə baxmayaraq, bunu edəcəyik" - Zelenski


"Ukrayna və Ukrayna xalqı müharibəyə baxmayaraq, avqustun 24-də Müstəqillik Gününü qeyd edəcək".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski bildirib.

"Ölkədə müharibənin getməsinə baxmayaraq, dövlətimiz üçün vacib olan bütün tarixləri mütləq qeyd edəcəyik. Bəli, təhlükəsizlik şəraitinə və bütün vəsaitin cəbhəyə getdiyinə görə, biz bunu həmişəki kimi yüksək səviyyədə qeyd edə bilməyəcəyik. Amma bu tarixlər bizim təqvimimizdə, yaddaşımızda və uşaqlarımız üçün mütləq olacaq. Biz bunu etməliyik, çünki rus povestini bitirməliyik", - deyə Zelenski Kiyevə səfəri zamanı Qvatemala prezidenti Alejandro Giammattei ilə keçirdiyi brifinqdə bildirib.

Prezident bayramın formatını açıqlamayıb: "Biz qətiyyən aqressiv qonşularımızı baş verəcəklər barədə xəbərdar etmək istəmirik. Lakin bu, baş verəcək".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az