Müharibədə zərərçəkmiş Gəncə sakini: "İcra başçısı məni ölümə sürükləyir”
"Mən uçuq damımın altında yaşamaqdan qorxuram, Gəncənin icra başçısı məni ölümə sürükləyir”.
Bunu II Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raket nəticəsində evi dağılan şəhər sakini Vüsalə Əliyeva "Toplum TV”-yə deyib.
Bir neçə həftə əvvəl sosial şəbəkələrdə Vüsalə Əliyevanın Gəncə Şəhər İcra Hakimiyyətindən narazılığını bildirən videosu yayılmışdı.
"İcra başçısına dedim ki, müraciət etdik, amma bizi qovdular"
Şikayətçinin dediyinə görə, həmin videodan sonra İcra Hakimiyyətinin nümayəndələri onlara baş çəkib: "Evə gələndən sonra bizi İcra Hakimiyyətinə çağırdılar. "Kəpəz TV”-dən də çəkilişə gəlmişdilər. Bilirdim ki, belə olacaq, çünki mən də videomüraciət etmişdim. İcra hakimiyyətinin başçısı dedi ki, niyə mənə müraciət etməmisiniz, video ilə şikayət etmisiniz? Mən də məktubları göstərdim ki, müraciət etmişəm, amma bizi qovublar”.