Müharibə iştirakçısı olmuş zabiti "Tik-Tok"dakı söyüşə görə Bakıda qətlə yetirdi

Müharibə iştirakçısı olmuş zabiti
Noyabrın 9-u "TikTok” sosial şəbəkə hesabında yazdığı ifadələrə görə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanaraq öldürülən Natiq Ramazanov Vətən Müharibəsinin iştirakçısı olub.

virtualaz.org xəbər verir ki, bu barədə onun döyüş yoldaşları məlumat verib. Bildirilib ki, Natiq leytenantdır, "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

"Natiq döyüş komandirim olub. Müharibədə olarkən bir övladı dünyaya gəlmişdi. Gələn ay ikinci övladı olacaq”, -döyüşçü dostlarından biri  sosial şəbəkədə yazıb.

Mübahisənin dini məzhəb üstündə baş verdiyi ehtimal edilir. Hadisəni törədən şəxsin vəhabi təriqətindən olduğu bildirilir.

Xatırladaq ki, Natiq Ramazanov "TikTok” sosial şəbəkə hesabında yazdığı ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Aralarında baş vermiş mübahisə zamanı Əli  Natiqə sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az