Mübariz Mənsimovla bağlı son xəbər: proses başladı

Mübariz Mənsimovla bağlı son xəbər: proses başladı

"Palmali” Şirkətlər Qrupunun rəhbəri, məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün İstanbulda məhkəməsi keçirilir.

Axar.az xəbər verir ki, prosesi 27-ci İstanbul Ağır Cəza Məhkəməsi aparır.

"Palmali”nin mətbuat katibi Fidan Quliyeva sayca 3-cü olan bu prosesin Mübariz Mənsimovun iştirakı ilə aparılacağını paylaşıb. O bildirib ki, M.Mənsomova özünü müdafiə etmək üçün çıxış imkanı yaradılacaq.

M.Mənsimovu Çaka Kul, İsanbikə Bilgili, Fatih Turhan, Səbuhi Rəhimov, Tuğçe Qaraöz, Aykan Sargın və Türkiyənin daha bir tanınmış vəkili prof.dr. Ersan Şən müdafiə edir.

Əlavə şahidlərin olmayacağı halda bu gün hökm oxunacağı gözlənilir.

Bu arada F.Quliyeva M.Mənsimovun səhhətinin yaxşı olmadığını da bildirib.

Qeyd edək ki, M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az