MN Sadıqov barədə axır ki, açıqlama verdi: Haradadır?

MN Sadıqov barədə axır ki, açıqlama verdi: Haradadır?

Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, N.Sadıqov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.

Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.

Xatırladaq ki, N.Sadıqov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə N.Sadıqovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az