Milli Məclisin deputatları koronavirus yoxlanışından keçdi

Milli Məclisin deputatları koronavirus yoxlanışından keçdi
Milli Məclisin deputatları və əməkdaşlarının koronavirus infeksiyası ilə bağlı növbəti dəfə tibbi müayinədən keçməsi tam başa çatıb.

Miq.Az xəbər verir ki, müayinədən keçən 121 deputatın və parlamentin digər işçilərinin heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Həmçinin koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda parlamentin plenar iclaslarının onlayn şəkildə keçirilməsinin mümkünlüyü müzakirə olunacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az