Milli Məclisin deputatı övladlarının təhsili üçün ildə 300 min dollar pul xərcləyir — ŞOK İDDİA

Milli Məclisin deputatı övladlarının təhsili üçün ildə 300 min dollar pul xərcləyir — ŞOK İDDİA

"Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri... Xeyli məmur uşaqları orda təhsil alıb və alır”.

Miq.Az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

"Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə - 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib” – C.Həsənli qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az