Məxfi iclas: 19 oktyabrda müharibə haqda Nikola nə deyilib?

Məxfi iclas: 19 oktyabrda müharibə haqda Nikola nə deyilib?

Ermənistan Təhlükəsizlik Şurasının 19 oktyabrda parlamentin müxalif fraksiya nümayəndələrinin iştirakı ilə baş tutan iclasında Baş Qərargah rəisi Onik Qasparyan çox aydın şəkildə situasiyanı izah etdi və Ermənistanın sadəcə məğlubiyyətə doğru getdiyini deyib, hərbi fəaliyyətləri dayandırmağı təklif etdi.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mikayıl Ambartsumyan "5-ci kanal”a müsahibəsində deyib. Onun sözlərinə görə, hərbi fəaliyyətlərin dayanmasına o zamankı müdafiə naziri David Tonoyan da dəstək verib:

"Kifayət qədər ətraflı müzakirələr oldu, amma bundan sonra qərar qəbul edilmədi”.

Ambartsumyan Rusiyanın Qarabağda hərbi fəaliyyətləri dayandırmaq barədə təklifinin Təhlükəsizlik Şurasına təqdim edilmədiyini deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az