"Mən hakimiyyətdə olsaydım, müharibə baş verməzdi" - Tramp


Prezident Co Bayden milli iqtisadiyyat çökdürüb və ölkəni Ukraynaya görə "dünya müharibəsinə” sürükləyib.

"Unikal" xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Newsmax"a açıqlamasında deyib. 

O KİV-ə müsahibəsində Amerikada günü-gündən vəziyyətin çətinləşdiyini ifadə edib:

"Ölkəmiz çox problem içindədir. Bizim ölkə heç vaxt belə olmayıb. Biz Ukrayna və Rusiyada baş verənlərlə bağlı ciddi təhlükə altındayıq. Onlarla necə davransalar, dünya müharibəsi ilə nəticələnə bilər. Onların etdikləri dəlilikdir. Bu dəlilikdir". 

O, Baydeni Kiyevə 10 milyard dollarlıq hərbi yardım göndərdiyinə görə tənqid edərək, münaqişənin qızışdırılmasının "III Dünya Müharibəsinə gətirib çıxaracağını” deyib.

Tramp həmçinin ritorikasını təkrarlayıb: "Mən hələ də hakimiyyətdə olsaydım, Ukrayna müharibəsi heç vaxt baş verməzdi”.

ABŞ-ın keçmiş prezidenti münaqişədən necə qaçacağını açıqlamayıb, lakin onun administrasiyası dövründə ABŞ-a "hörmət” edildiyini vurğulayıb və yenidən seçildikdən sonra bir həftə ərzində İranla nüvə ambisiyaları ilə bağlı "saziş bağlayacağını” bildirib.

Tramp onu da əlavə edib ki, onun 2024-cü ildə yenidən namizədliyini irəli sürməsinə heç bir maneə yoxdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az