İrəvan PUA-dan qorunmağın yolunu “tapdı” - VİDEO

İrəvan PUA-dan qorunmağın yolunu “tapdı” - VİDEO

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan peyk naviqasiya sistemlərini dəf etmək üçün hazırlanmış X-100 elektron mübarizə "stansiyası”nı təqdim edib.

Miq.Az xəbər verir ki, Arşakyan stansiyanın məqsədinin GPS, GLONASS, PUA-lar və digər avadanlıqların naviqasiya sistemlərinin fəaliyyətini 100 km-ə qədər məsafədə bloklamaqdan ibarət olduğunu bildirib.

Arşakyan bu "stansiyanın” hansı peyklə və necə işlədiyini açıqlamayıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan PUA-larının zərbəsinin yaratdığı xof Ermənistanda davam edir. Hələ o zaman Ermənistan "yüksək keyfiyyətli” dronlarını nümayiş etdirməkdən belə utanmırdı.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az