"Hazırda vəziyyət sabitdir” - Lavrovdan Qarabağ açıqlaması


"Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”.

Miq.Az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir: "Hazırda heç bir zorakılıq aktlarının şahidi olmuruq. İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq istəyirəm ki, hazırda orada vəziyyət sabitdir”.

S.Lavrov həmçinin regiona işçigüzar səfərlərin bərpası ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yorkda rəsmi Bakı və İrəvanla razılıq əldə etdiyini bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az