Hansı tələbələrə təhsil krediti veriləcək - Nazir müavini açıqladı

Hansı tələbələrə təhsil krediti veriləcək - Nazir müavini açıqladı

Təhsil Tələbə Krediti (TTK) Sisteminin formalaşdırılması ilə bağlı ötən dövr ərzində bir sıra təcrübələr öyrənilib.

Miq.Az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, TTK sistemi təhsil üçün çox vacib məqamlardan biridir, bir çox ölkələrdə bu sistem dövlət tərəfindən dəstəklənir və müxtəlif qaydada tətbiq edilir: "Təhsil Tələbə Krediti 60-dan çox ölkədə tətbiq edilir. Bu sistemin məqsədi təhsil sisteminə tələbələrin əlçatanlığının təmin edilməsi, təhsilin maliyyə təminatına dövlət dəstəyinin yüksəldilməsi, sosial çətinliklərin aradan qaldırılması, təhsildə keyfiyyətin yüksəldilməsi, təhsilin maliyyələşmə mexanizminin şaxələndirilməsidir".

Nazir müavini qeyd edib ki, birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququnu müəyyən edəcək bal tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi müəyyənləşib: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az