Hadrutun neçə kəndi Ordumuzun nəzarətindədir?

Hadrutun neçə kəndi Ordumuzun nəzarətindədir?

Keçmiş Hadrut rayonunun yalnız iki kəndi hazırda ermənilərin nəzarətindədir.

Miq.Az xəbər verir ki. bu sözləri özünün "Hadrut rayonunun icra başçısı” olduğunu zənn edən separatçı Kamo Petrosyan deyib.

Petrosyan bildirib ki, iki kəndi (ermənilər bu kəndləri "Xtsaberd” və "İn Taxer” adlandırır) "əllərində saxlamağa” nail olublar, qəsəbənin özü və 45 kənd isə Azərbaycan Ordusunun nəzarətindədir.

Qeyd edək ki, Hadrut rayonu 1991-ci ildə ləğv edilib və onun 48 yaşayış məntəqəsi Xocavəndə verilib. Xocavənd rayonunun hazırda 1 şəhəri, iki qəsəbəsi (Hadrut və Böyük Bazar) və 81 kəndi var.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az