Gəncədə polis maşını mağazaya çırpılıb – Bir polis nəfəri nəfər ölüb (DİN)

Gəncədə polis maşını mağazaya çırpılıb – Bir polis nəfəri nəfər ölüb (DİN)


Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşının qəzada ölməsi faktı ilə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, bu gün – noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi "Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az