Ermənistanın itkiləri ilə bağlı şok etiraflar -rəqəmlər

Ermənistanın itkiləri ilə bağlı şok etiraflar -rəqəmlər

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistana və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Hərbi Sığorta Fondunun qəyyumlar şurasının üzvü Mesrop Manukyan feysbukdakı şəxsi səhifəsində yazıb.

M.Manukyan 44 günlük Qarabağ döyüşlərindəki insan itkisini 7 milyard dollar məbləğində hesablayıb. O bildirib ki, buraya 4500-ə yaxın ölən və itkin düşən hərbçilər, 5 minə yaxın birinci dərəcəli, 6 minə yaxın ikinci dərəcəli əlillər daxildir.

Erməni ekspert daha sonra bildirib ki, "Ayastan” erməni fondu Azəraycanın nəzarətinə keçən ərazilərə 150 milyon dollara yaxın investisiya yatırmışdı. Təkcə Şuşada 15 milyon dollarlıq proqramların icra olunduğu iddia edilir. (Görünür, Manukyan Şuşadakı tarixi Azərbaycan abidələrinin, mədəniyyət ocaqlarının darmadağın edilməsini "unudub”.)

M.Manukyan ölkəsinin müdafiə sisteminə 2 milyard dollara yaxın zərər dəydiyini bildirərək, qeyd edib ki, Ermənistan Sotk (Zod) mədəninin itirilməsi nəticəsində 8 milyard dollardan məhrum olub. Burada söhbət Kəlbəcər rayonuna məxsus qızıl yatağından gedir. Ermənistan 1993-cü ildə bu rayonu işğal edəndən sonra yatağı istismar etməklə Azərbaycana külli miqdarda zərər vurub.

Bundan əlavə, Manukyan Ermənistanın bank sisteminə 1 milyard dollara yaxın, infrastruktura qoyulan 2 milyard dollara yaxın itirdiyini vurğulayınb. O, həmçinin qeyd edib ki, Qarabağda itirilmiş hidroelektrik stansiyaların dəyəri 600 milyon dollara yaxındır. Ekspert digər itkilərin də olduğunu əlavə edib.

Ancaq Manukyan bu itkilərin günahının Ermənistanda və erməniçilikdə olduğunu etiraf etsə, daha yaxşı olardı. Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycanın itirdikləri isə yüz milyard dollarlala ölçülür və işğalçı ölkə gec-tez buna görə cavab verməlidir.


Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az