Ermənistan iqtisadiyyatı çökür: Dövlət borcu 10 milyard dollara çatır

Ermənistan iqtisadiyyatı çökür: Dövlət borcu 10 milyard dollara çatır

Ermənistanın dövlət borcu artmaqda davam edir. Bu ilin 10 ayında dövlət borcu 1,2 milyard dollar və ya 15,6% artaraq 9,2 milyard dollar həddini keçib.

Miq.Az bu barədə Ermənistan mətbuatına istinadən bildirir ki, ölkənin xarici borcu ilə yanaşı daxili borcu da artır.

Xüsusilə 2021-ci ilin yanvar-oktyabr aylarında təkcə Ermənistan Respublikasının xarici borcu 647,4 milyon dollar və ya 10,6%, daxili borcu isə 593,4 milyon dollar və ya 31% artıb.

2011-ci ilin siyahıya alınması əsasında aparılan cari əhalinin qeydiyyatına əsasən, Ermənistan Respublikasının daimi əhalisinin indeksi 2021-ci il oktyabrın 1-nə 2966,8 min nəfər təşkil edib. Beləliklə, məlum olur ki, Ermənistanın hər bir vətəndaşı üçün 3104 dollar borcu var. İlin əvvəli ilə müqayisədə adambaşına düşən dövlət borcu 418 dollar və ya 15,6% artıb.

Mütəxəssislərin fikrincə, borcun və ümumi daxili məhsulun həcmi baxımından dinamika narahatlıq doğurur. Belə çıxır ki, iqtisadiyyat 4,4%, dövlət borcu isə 15,6% artıb. Bu göstəricilərdən də aydın olur ki, dövlət borcunun artımı gələcək nəsillər üçün əlavə problemlər yaradacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az