Ermənilər Rusiya, ABŞ və Fransa səfirlikləri qarşısında Hadrutun qaytarılmasını tələb etdi...-FOTO

Ermənilər Rusiya, ABŞ və Fransa səfirlikləri qarşısında Hadrutun qaytarılmasını tələb etdi...-FOTO

"Hadrut uğrunda” ictimai təşkilatı bu gün İrəvanda mitinq keçirib. 
 
Miq.Az xəbər verir ki, işğalçı Ermənistanın nəşrlərinin yaydığı məlumata görə, əsasən 44 günlük savaş zamanı- cəmi 5 ay öncə Hadrutdan köçmüş ermənilərdən ibarət aksiyaçılar ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiya, ABŞ və Fransa səfirliklərinin qarşısına toplaşıblar. Onlar Azərbaycan ordusunun guya "onlara qarşı törətdikləri vəhşilik”lərdən danışaraq Hadrut rayon mərkəzi və ətraf kəndlərin qaytarılmasını tələb ediblər.
 
P.S. İrəvanın Ermənistana bağışlanmasından 102 il ötür... Biz bu qədim şəhərimizin qaytarılması tələbi ilə bir aksiya keçirmişikmi?..(moderator.az)
 
Sultan Laçın
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az