Erməni silahlıları Zəngilandakı postumuza hücum edib – Caliber

Erməni silahlıları Zəngilandakı postumuza hücum edib – Caliber

"Əldə etdiyimiz məlumata görə, bu gün də (21 sentyabr) Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib”.

Bu barədə "Caliber” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikasının "Yerkrapa” könüllülərinin hərbiləşdirilmiş birliyinin üç üzvü sözügedən istiqamətdə postlarımızdan birinə hücum edib:

"Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra erməni silahlıları mövqelərimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb. Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, "Yerkrapa” könüllülərinin sərxoş vəziyyətdə olduğunu və belə bir hücumun komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. Hadisə aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az